Məleykə Əsədovanın Xudayarla illər əvvəl çəkilən FOTOsu - VİDEO

30 Dekabr 2020 11:50

Xalq artisti Məleykə Əsədovanın şəhid Xudayar Yusifzadə ilə illər əvvəl çəkdirdiyi foto ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəkil "7 canlı" proqramında nümayiş edilib.

Aktrisa bildirib ki, şəkli 2017-ci ildə lentə aldırıb:

"Bu şəkildəki əsgərlər şəhid olub. 2017-ci il 30 dekabrda hərbi hissəyə getmişdik. Orada konsert verdik, saat 11-ə kimi əyləndik. Bilsəydim, Xudayarın gözəl səsi var dəvət edib oxutdurardım. Nə bilərdim ki, iki il sonra şəhid olacaq. Orada arzuladıq ki, gün gəlsin Qarabağda çıxış edək".

Milli.Az