Ermənistanda hərbi hissə komandirinin müavini həbs olundu

30 Dekabr 2020 14:46

Ermənistanda hərbi hissələrdən birinin komandir müavini, polkovnik-leytenant A.V. həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Dağlıq Qarabağda aparılmış hərbi əməliyyatlarda 18 nəfər hərbçinin ölümünə və bir nəfərin yaralanmasına səbəb olmaqda təqsirləndirilir. Bu barədə Ermənistan Baş Prorkurorluğu məlumat yayıb.

Milli.Az