Manaf hərbçiyə "07" bağışladı - FOTO

30 Dekabr 2020 13:12

Müğənni Manaf Ağayev sosial şəbəkədə ona səslənən Eynal adlı hərbçiyə avtomobil hədiyyə edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Eynal bir neçə ay əvvəl "Füzuli rayonu işğaldandan azad edildi. Manaf Ağayevə səslənirəm, imkanı çatan qədər "011" hədiyyə etsin" sözləri ilə gündəmə gəlmişdi.

M.Ağayev hərbçiyə "07" markalı avtomobil hədiyyə edib. "Yardımları hər zaman edirəm, etmişəm də. O, "011" istəmişdi, dedim, ən yaxşısına layiqsən", - müğənni bildirib.

Milli.Az