Belçikaya getdi - “Tottenhem”in istədiyi futbolçu

30 Dekabr 2020 17:11

Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Bas Dostun yeni komandası müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, neçə vaxtdır İngiltərə "Tottenhem"inin maraq dairəsində olan 31 yaşlı hücumçu Belçikaya üz tutub.

O, karyerasına "Brügge"də davam etdirəcək. Əvvəllər "Sportinq" və "Volfsburq"da da çıxış etmiş forvard sabitliyi ilə seçilir.

Qeyd edək ki, Bas cari mövsüm 12 oyunda 4 qol vurub.

Milli.Az