“Çukur”un aktrisasına növbəti ağır itki

30 Dekabr 2020 19:12

Sonuncu dəfə "Çukur" serialında "Olqa" obrazına həyat verən aktrisa Suna Yıldızoğlunun anası vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən ay atasını itirən aktrisa üzücü xəbəri sosial şəbəkədə verib.

O, paylaşımına "Anamı itirdim, sözlər acizdir" deyə, yazıb.

Milli.Az