Kamala Harris canlı yayımda peyvənd olundu - VİDEO

30 Dekabr 2020 10:44

ABŞ-ın yeni vitse-prezidenti olacaq Kamala Harris canlı yayımda koronavirusa qarşı peyvənd olunub.

Milli.Az qaynarinfo-ya istinadla xəbər verir ki, xanım siyasətçi "Moderna" şirkətinin istehsal etdiyi peyvəndini vurdurmaq qərarına gəlib.

O, digər vətəndaşları da COVID-19 infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.

Qeyd olunub ki, xanım Harrislə yanaşı onun həyat yoldaşı da peyvənd vurdurub.

Milli.Az