Azərbaycan Ordusunun 5 generalı "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi

29 Dekabr 2020 13:28

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha 5 generalını təltif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Sərəncama əsasən Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş general-leytenant Mirzəyev Hikmət İzzət oğlu, general-leytenant Vəliyev Kərim Tofiq oğlu , general-mayor Bərxudarov Mayis Şükür oğlu, general-mayor Rzayev Mübariz Balağa oğlu və general-mayor Sultanov Ağamir Əzizxan oğlu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif ediliblər.

Təltif olunanların tam siyahısı

Milli.Az