Dekabr ayı üzrə bütün ödənişlər başa çatdı

29 Dekabr 2020 11:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə bütün müavinət, təqaüd,  kompensasiya və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Milli.Az-a Fonddan məlumat verilib. Bildirilir ki, vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd, kompensasiya və  ünvanlı dövlət sosial yardımlarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Milli.Az