Əməkdar artistin anası koronavirusdan öldü - FOTO

29 Dekabr 2020 11:21

Əməkdar artist, xanəndə Qoçaq Əsgərova ağır itki üz verib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, sənətçinin anası Diləfruz xanım koronavirusdan dünyasını dəyişib.

Muğam ustası sosial media hesabından paylaşım edərək bu sözləri yazıb: "Canım anam doğum günümə ölümünü hədiyyə etdin mənə".

Qeyd edək ki, Əməkdar artistin anası uzun müddət şəkərli diabet və ürək problemləri xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Milli.Az