Mərakeş nümayəndələri Təl-Əvivdə

29 Dekabr 2020 13:54

Mərakeş nümayəndə heyəti İsrailə rəsmi səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki ölkə qarşılıqlı olaraq səfirliklərin açılması mövzusunda müzakirə aparacaq.

Görüş İsrail Xarici İşlər Nazirliyində baş tutacaq. İlkin mərhələdə Mərakeşin Təl-Əvivdə səfirliyinin fəaliyyətə başlaması planlaşdırılıb.

Qeyd edək ki, Mərakeş Kralı VI Məhəmməd 10 dekabrda İsrail ilə rəsmi ikitərəfli təmasların və diplomatik əlaqələrin ən qısa müddətdə bərpa olunacağını açıqlamışdı.

Milli.Az