Nazirdən daha bir təyinat

29 Dekabr 2020 13:39

Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Nəsimi RPİ 20-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Elnur Əzizov vəzifəsindən azad edilərək Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Milli.Az