Ermənistanda son sutkada COVID-19-dan 22 nəfər ölüb

29 Dekabr 2020 13:09

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 348 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 22 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 797 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 158 296, xəstəlikdən sağalanların sayı isə 140 942 nəfərə yüksəlib.

Milli.Az