Malidə partlayış - 3 fransız əsgəri öldü

29 Dekabr 2020 12:44

Malidə partlayış baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Qərbi Afrika regionunda yerləşən ölkənin Hombori bölgəsində əvvəlcədən quraşdırılmış bomba partladılıb. Partlayış nəticəsində ölkədəki Fransa hərbi kontingentində xidmət edən 3 fransız əsgəri həyatını itirib.

Məlumatı Fransa Müdafiə Nazirliyi də təsdiqləyib. Həmçinin Fransa prezidenti Emmanuel Makronun əsgərlərin ailələrinə başsağlığı verdiyi bildirilir. Hazırda araşdırma aparılır.

Milli.Az