Rusiya vaksin istehsalını artırır

29 Dekabr 2020 10:59

Rusiyada koronavirusa qarşı vaksinlərin istehsalında artıma gediləcəyi bildirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, "Sputnik V" vaksinləri ilə bərabər "EpiVakKorona" vaksinlərinin istehsalına başlanılacaq.

İstehsalın artırılması da məhz koronavirus əleyhinə "EpiVakKorona" vaksinlərində nəzərdə tutulur. Artıq bununla bağlı tibbi və iqtisadi əsaslandırma hazırlanıb. Planlaşdırma işləri davam edir.

Milli.Az