Məktəbli dostu ilə birikdə bağça müəlliminə təcavüz etdikdən sonra onu qətlə yetirdi - FOTO

29 Dekabr 2020 10:44

Rusiyanın Smolensk vilayətində iki yeniyetmə uşaq bağçasının 38 yaşlı müəlliminin zorlanma və qətlində şübhəli bilinir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qadının cəsədi Temkinski bölgəsində yol kənarında tapılıb. Hüquq-mühafizə orqanları onun təcavüzə uğradığını və boğularaq öldürüldüyünü müəyyən ediblər.

Cinayətdə yerli məktəbli və onun tanışı şübhəli bilinib.

İlkin versiyaya görə, qadına təcavüz edilib. Sonra cinayət hadisəsini ört-basdır etmək üçün qaytanla boğublar.

O da bildirilir ki, yerli məktəbin 9-cu sinif şagirdi, habelə heç bir yerdə oxumayan və işləməyən 16 yaşlı dostu əvvəllər oğurluq maddəsi ilə məhkum edilib. Onlar həmçinin yetkinlik yaşına çatmayanlarla iş üzrə polis şöbəsində qeydiyyatdadırlar.

Hadisədən sonra yoxlamalara başlanılıb.

Yeniyetmələr həbs olunublar. Onları səkkiz ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az