İran hökumət qurumları İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsində iştirak edən 48 nəfərin siyahısını hazırlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Q.Süleymaninin öldürülməsində əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün rəsmi Tehran digər ölkələrin rəsmi qurumlarına da müraciət ünvanlayıb.
Xatırladaq ki, 2020-ci ilin yanvarın üçündə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb.
Milli.Az