Türkiyə Ordusu İraqın şimalında 8 PKK terrorçusunu zərərsizləşdirib

29 Dekabr 2020 08:08

İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat yolu ilə yeri müəyyən edilən səkkiz PKK terrorçusu məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yayılıb.

Nazirliyin məlumatına görə, PKK terrorçuları havadan həyata keçirilən əməliyyat yolu ilə zərərsizləşdirilib. Nazirlik bu cür əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Milli.Az