Məşhur müğənninin xəstəxana palatası: qışqıran dəbdəbə - FOTO

13 Yanvar 2012 10:33
Amerikalı müğənni, 30 yaşlı Beyons Nouls Nyu-Yorkdakı "Lennox Şill" hospitalının VİP palatasında ana olmuşdu.
Beyonsun əri, tanınmış reper Cey-Zi də xanımını bu xəstəxanaya aparanda məhz VİP palatada yerləşdirilməsini tələb edib.

Beyonsun qızı Blyu Ayvi Karterin doğulduğu palata gerçəkdən də, milyonçuların dəbdəbəsi və bir qədər ifrata varan istəklərindən xəbər verir.

Milli.Az "Entertaiment"ə istinadən bildirir ki, Beyonsun yatdığı palatada hətta mikrodalğalı soba da olub.

İki ay əvvəl Cey-Zi arvadı üçün "Mercedes Maybach" modelli mikroavtobus almışdı. 1 milyon dollar dəyərindəki bu mikroavtobus yük maşını böyüklükdə olsa da, limuzin rahatlığındadır.
Maşında ayaqyolu, duşu olan vanna otağı, əl-üzyuyan da var.

Xəstəxananı həmin "Maybach"da tərk edən Beyons və qızı ailənin malikanəsinə yollanıblar. Bu malikanədə körpə üçün əlahiddə hazırlanmış otağın dəbdəbəsi barədə isə Milli.Az bir qədər əvvəl xəbər vermişdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















Fotolar: TMZ