Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var

29 Dekabr 2020 07:25

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Könüllü kəndi ərazisində "VAZ" markalı minik avtomobili və "Mercedes" markalı yanacaqdaşıyan avtomobili toqquşub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az