Müğənni Xatirəyə Naxçıvandan təklif gəlib
26 Aprel 2010 13:59
Təşkilatlardan biri sənətçinin konsertini təşkil etmək barədə müğənnini bilgiləndirib. Təklifə razılığını bildirən Xatirə yay ayının əvəllində MR-da çıxış edəcəyini bildirdi. Bundan əvvəl isə onun geniş konsert proqramı paytaxt Bakıda təşkil ediləcək. Layihəsi ilə bağlı ilk məlumatı Milli.az portalına bildirən müğənni dedi ki, iki həftədir konsertin məşqlərinə start verib.
"Bundan əvvəlki konsertim daha çox klassik mahnılar üzərində qulumuşdu deyə, indiki konsertimi estrada mahnılarına kökləmək istəyirəm. Amma mili mahnılarımızın ifası istisna deyil. Məşq etdiyim qrupumun tərkibində tar və kamança alətləri yer alıb. Bu dəfəki konserti yeniliklərlə fərqləndirmək istəyirəm" - deyə Xatirə bildirdi.
Konsertinin tarixi konkretləşməsə də, müğənni bunun may ayına planlaşdırıldığını bildirdi. O, eyni konsert proqramı ilə daha sonra Naxçıvanda çıxış edəcəyini diqqətə çatdırdı.
Sonda müğənni vaxtını yalnız konsert hazırlığına ayırmadığını və dinləyici kütləsinə tezliklə sözləri Raufa, musiqisi isə Rəfaelə məxsus olan "Yağışlar" mahnısını təqdim edəcəyini bildirdi.
Xədicə
Milli.Az