Şuşa uğrunda döyüşlərdə şəhid olan DİN-in baş çavuşu - İsmayıl Qəsəbov - FOTO

28 Dekabr 2020 21:02

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Qəsəbov İsmayıl Nəbi oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Q.İsmayıl 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində doğulub.

O, oktyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az