"Televiziya rəhbəri mənimlə evlənmək istəyirdi" - Firuzə İbadova

28 Dekabr 2020 21:36

"İllər əvvəl televiziya rəhbərlərindən biri məni sevirdi, evlənmək istədi. Gənc idim, ulduz kimi parıldayan vaxtlarım idi. Tez-tez başqa şəhərlərə qastrol səfərinə gedirdik. Ailəsi də məni sevdiyini bilirdi. Bacısı mənə dedi ki, elçi gələk. Amma sənəti seçdim, imtina etdim. Sənətimin Leylisiyəm, sevgilim səhnədir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Firuzə İbadova "Onun sirri" proqramında deyib. Müğənni proqram zamanı həyatı ilə bağlı etiraflar edib.

F.İbadova duet ortağı Cavanşir Məmmədovun ondan küsməsindən danışıb:

"Yeni il çəkilişinə gedirdik. Cavanşir müəllim tıxacda qalıb gecikmişdi. Salon bağlanırdı, dedilər sizi çəkək. Oxudum, sonda Cavanşir müəllim gəldi. Məndən incidi, danışdırmadı".

Milli.Az