Karantin rejimini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlanıb

28 Dekabr 2020 19:39

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin qaydaları pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan 4 işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az