Neymar karantini kobud şəkildə pozdu - 500 nəfərə qonaqlıq verdi

28 Dekabr 2020 17:39

PSJ-nin hücumçusu Neymar ölkəsi Brazilyada koronavrusla bağl karantin qaydalarını kobud şəkildə pozub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, ümumən 500 nəfərin iştirak etdiyi və 5 gün davam edən parti təşkil edib.

Zədəsi səbəbindən yaşıl meydanlardan uzaq alan futbolçunun bu hərəkəti tənqid edilib. Klubu PSJ-nin isə Neymara cəza verəcəyi gözlənilir.

Milli.Az