Bakıda avtomobilin vurduğu piyada öldü

28 Dekabr 2020 14:36

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində qəsəbə sakini N.Osmanov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən həmyerlisi Tamella Alışanbəylini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Suraxanı Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

Milli.Az