Cənubi Kiprin Yunan Baş yepiskopu: “Ərdoğan əsl vətənpərvərdir”

28 Dekabr 2020 12:07

Cənubi Kiprdə Yunan Pravoslav Kilsəsinin Baş yepiskopu II Xrisostomos Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla əlaqədar düşüncələrini bölüşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, Ərdoğanın əsl vətənpərvər olduğunu deyib:

"Türkiyənin lideri Ərdoğan illərlə Türkiyənin ucuz işçi qüvvəsindən istifadə edən Avropadan bu gün intiqam alan əsl vətənpərvərdir".

Milli.Az