Hadrutda şəhid olduğu iddia edilən hərbçinin FOTOSU YAYILIB

28 Dekabr 2020 07:43

Hadrutda erməni terrorçuları ilə toqquşmada Azərbaycan hərbçisi şəhid olması xəbəri yayılıb.

Milli.Az qazet.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və Telegram kanallarında məlumat yayılıb.

Hadrut istiqamətində erməni diversantların hücumu nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü çavuş Qəmbərov Elmir Rail oğlu şəhid olub.

İnsident ilə bağlı rəsmi açıqlama verilməyib. Yaxın dəqiqələrdə xəbərin təkzib və ya təsdiq olunacağı gözlənilir.

Milli.Az