Bakıda yaşayış binasında yanğın olub

27 Dekabr 2020 23:32

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 1 ədəd qoruyucu açar və kabel 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, vənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az