"Monako" 4 futbolçusunu satışa çıxarır

28 Dekabr 2020 08:20

"Monako" qış transfer pəncərəsi dövründə 4 futbolçusu ilə yollarını ayıracaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisində Henri Onyekuru, Yussef Eyt Bennaser, Samuel Qrandsir və Straxinya Pavloviç komandanı tərk edəcək.

"Monako" rəhbərliyi qışda yeni futbolçu transfer etməyi düşünmür. Komanda Liqa 1-də mövsümün ilk dövrəsini 6-cı sırada bitirib.

Milli.Az