Neymarın gizli planı ifşa oldu

28 Dekabr 2020 07:35

Neymarın həftəsonu ölkəsində təşkil edəcəyi gizli qonaqlıq planı üzə çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, PSJ-nin ulduzu bu səbəblə təxminən 500 nəfəri Rio-de-Janeyrodakı malikanəyə dəvət edib.

Əldə olunan məlumata görə, 28 yaşlı futbolçu 5 gün davam edəcək mərasimdə görüntülərin yayılmaması üçün mobil telefonlardan istifadəni qadağan edib.

Qeyd edək ki, 190 mindən çox insanın koronavirusdan həyatını itirdiyi Braziliyada Neymarın bu planı çox tənqid olunub.

Milli.Az