"Milan" Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Məlumatda 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin 2024-cü ilin iyununa qədər uzadılacağı bildirilib. Bu müddətdə türk futbolçu hər ilə 3.5 milyon avro qazanacaq.
Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 14 oyunda 1 qol və 6 məhsuldar ötürməyə imza atıb.
Milli.Az