Madrid klubu Çalhanoğlunu istəyir

27 Dekabr 2020 18:10

İspaniya nəhəngi "Atletiko Madrid" "Milan"da əla performans sərgiləyən Hakan Çalhanoğlu ilə yaxından maraqlanır.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün hərəkətə keçib. "Milan"ın müqaviləsi cari mövsümün sonunda başa çatan Hakanı pulsuz göndərməmək üçün klublarla danışıqlara başladığı bildirilir. 

Qeyd edək ki, "Milan" dəyərli futbolçusunu buraxmaq istəməsə də, hələ ortaq qərara gələ bilməyiblər. Bundan əlavə, "Mançester Yunayted" də uzun müddətdir ki, türkiyəli ulduzla maraqlananlar arasındadır.

Milli.Az