Türkiyədə qar uçqunu altında qalan 2 əsgərdən biri ölüb

27 Dekabr 2020 17:57

Türkiyədə Hakkarinin Semdinli rayonunda qar uçqununda bir əsgər şəhid olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü qar yağması nəticəsində Semdinlidə yerləşən hərbi bazanın yolu bağlanıb.

Əsgərlər yolu açarkən qar uçqunu baş verib, 2 əsgər uçun altında qalıb. Onları xilas edib, xəstəxanaya çatdırıblar. Həkimlərin cəhdlərinə baxmayaraq əsgərlərdən biri ölüb.

Milli.Az