Gürcüstanda son sutkada 1 097 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb

27 Dekabr 2020 17:15

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  1097 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  221 605 , ölənlərin sayı isə 2 377 nəfərə çatıb.

Virusa yoluxanlardan 203 547 nəfərin sağaldığı bildirilir.

Milli.Az