Beyləqanda “Nissan” markalı minik avtomobili körpüdən aşıb

27 Dekabr 2020 11:28

Beyləqan rayonunun Tatalılar kəndində "Nissan" markalı minik avtomobili körpüdən aşıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az