Snouden ata oldu

26 Dekabr 2020 21:07

2013-cü ildə ABŞ kəşfiyyatından gizli məlumatların yayılmasını təşkil edən Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin Rusiyada övladı dünyaya gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə E. Snoudenin vəkili Anatoli Kuçerena məlumat yayıb.

"Snoudenin oğlu doğulub, körpənin və ananın vəziyyəti yaxşıdır", - deyə vəkil söyləyib.

Vəkil uşağa qoyulacaq ad barədə məlumat vermək istəmədiyini bildirib.

Milli.Az