Türkiyədə zəlzələ olub

26 Dekabr 2020 16:29

Türkiyənin Elazığ Sivrice rayonunda 4,1 bal gücündə zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər verir ki, zəlzələ yerli vaxtla saat 14.09-da yerin 11,5 kilometr dərinliyində qeydə alınıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 12.31-də Vanın Çatak rayonunda da 3,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az