Azərbaycan Ordusunda döyüş hazırlığı dərsləri - FOTO - VİDEO

26 Dekabr 2020 14:33

Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, zirehli texnikanın tətbiqi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, praktiki dərslər zamanı hərbi qulluqçular sıra hazırlığı üzrə məşqlərə cəlb olunur, simulyasiya trenajorlarında təlim keçir və zirehli texnikanın idarə edilməsi bacarıqlarını artırırlar.

Milli.Az