"Neftçi" konqolu hücumçusu ilə vidalaşdı

26 Dekabr 2020 18:05

"Neftçi" klubu qış fasiləsində ilk ayrılığı açıqlayıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, hücumçu Prins İbara yola salınıb.

Konqo millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. "Ağ-qaralar" onu mövsümün əvvəlində Belçikanın "Beerşot" klubundan birillik icarəyə götürmüşdü. Lakin rəhbərlik sözləşmə müddətinin bitməsini gözləməyib.

Qeyd edək ki, Prins İbara "Neftçi"nin heyətində 8 oyunda meydana çıxıb, 1 qol vurub.

Milli.Az