Pakistan Quql və Vikipediyaya xəbərdarlıq etdi

26 Dekabr 2020 17:06

Pakistan hakimiyyəti Quql və Vikipediyadan şikayət edib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin telekommunikasiya idarəsinin mətbuat xidməti məlumat yayıb.

Şikayətin əsas səbəbi Quql axtarış sistemində Məhəmməd peyğəmbərin karikaturalarının və Quranın saxta versiyasının göstərilməsi olub. Buna əsasən şirkətlərə xəbərdarlıq edib. Quql və Vikipediya Peyğəmbərin adını təhqir edən "yanlış axtarış nəticələri"nin verilməsində ittiham olunub. Pakistan hökumətinin fikrincə, bunu küfrün yayılması kimi qiymətləndirmək olar.

Milli.Az