Dağıstanda terror aktının qarşısı alındı

26 Dekabr 2020 15:02

Dekabrın 25-də Dağıstanın paytaxtı Mahaçqala şəhərində terror aktının qarşısı alınıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat keçirib.

Nəticədə 4 İŞİD üzvü saxlanılıb. 

Terrorçular Dağıstan Respublikasındakı hüquq-mühafizə orqanlarından birinin inzibati binasına hücum etmək və oranı partlatmağı planlaşdırırmış.

Milli.Az