Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

26 Dekabr 2020 09:45

Çində son sutka ərzində daha 20 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 933-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 971 xəstə sağalıb.

Ölkədə 328 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az