Avropanın 8 ölkəsində koronavirusun Britaniyada yayılan yeni variantı aşkarlandı

26 Dekabr 2020 09:39

Avropanın 8 ölkəsində koronavirusun Britaniyada yayılan mutasiya etmiş yeni variantı (SARS-CoV-2) aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Bürosunun rəhbəri Hans Klyuqe "Twitter" səhifəsində yazıb.

O, mövcud qoruyucu tədbirləri gücləndirməyin vacibliyini qeyd edib.

ÜST rəsmisi insanları kütləvi şəkildə toplaşmamağa, maska taxmağa və məhdudlaşdırıcı tədbirlərə riayət etməyə çağırıb: "Koronavirusin yeni variantı çox güman ki, gənc yaş qrupları arasında yayılır. Yeni variantın öyrənilməsi davam edir. Son dərəcə sayıq olmalıyıq".

Milli.Az