Acun ən nüfuzlu 500 nəfərdən biri oldu

26 Dekabr 2020 08:19

Dünyaca məşhur "Variety" jurnalı "Ən nüfuzlu 500 insan"ın siyahısını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onların arasında Türkiyədən, sadəcə, "TV8" telekanalının sahibi Acun Ilıcalı olub.

Ilıcalı "Amazon"un qurucusu Ceff Bezos, "Netflix"in sahibi Reed Hastings kimi biri-birindən uğurlu iş adamlarının arasında yer alıb.

Qeyd edək ki, Acun Ilıcalı 3-cü dəfədir ki, həmin siyahıya daxil olub.

Milli.Az