Xaçmazda anbarda yanğın olub

26 Dekabr 2020 08:38

Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi 375 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və içərisindəki əşyalar, yaxınlıqda ümumi sahəsi 600 m² olan anbarın dam örtüyü 10 m² sahədə qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az