Misir sahillərində batmış altı miqrantın cəsədi tapılıb

26 Dekabr 2020 08:28

Aralıq dənizinin Misir sahillərində altı miqrantın cəsədi tapılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ehtimal olunur ki, 19-35 yaş arası batan şəxslər naməlum səbəbdən batan kiçik gəmidə Avropaya üzüblər. Batan gəmidə ümumilikdə neçə nəfərin olduğu məlum deyil.

Qeyd olunur ki, 17 dekabrda da Əs-Salum şəhəri sahillərində Avropa dövlətlərindən birinə üz tutması ehtimal olunan digər gəmi batıb. Daha sonra sudan yeddi cəsədi çıxarılıb.

Milli.Az