Moskva aeroportunda təyyarə zolaqdan çıxıb

26 Dekabr 2020 08:59

Rusiyanın paytaxtında "Vnukovo" hava limanında "Boeing 747" sərnişin təyyarəsi sərt eniş edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Neryungri - Moskva marşrutu üzrə hərəkət edən təyyarə uçuş-eniş zolağından 30 metr kənara çıxıb.

Təyyarədə 109 sərnişin və yeddi ekipaj üzvü olub. Heç kim xəsarət almayıb.

İlkin məlumata görə, təyyarəyə ziyan dəyməyib.

Milli.Az