Xanımlar 2021-ci ildə nə geyinəcəklər? - Yeni ilin dəbi

27 Dekabr 2020 14:24

"2021-ci ildə ötən illərin dəbini görə biləcəyik. Bu il xanımların qarderobunda 70-ci illərin məşhur trapes biçimli geyimləri üstünlük təşkil edəcək".

Milli.Az bildirir ki, bunu Lent.az-a açıqlamasında tanınmış modelyer Şəlalə Maqsudova bildirib.

Modelyer bu il bol biçimli pencəklərin, koftaların da dəb olacağını qeyd edir:

"Məşhur geyim markaları gələn il xanımlar üçün diz qapağına qədər olan, bol biçimli  üst geyimləri, paltolar, montlar hazırlayır."

Milli.Az