“Mançester Siti”nin 2 futbolçusunda koronavirus aşkarlandı

25 Dekabr 2020 18:44

"Mançester Siti"nin iki futbolçusu koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qabriel Jesus və Kayl Uolkerin koronavirus testinin pozitiv olduğu bildirilib. Bundan əlavə, klubun iki işçisində də infeksiya aşkarlanıb. Yoluxanların hər biri karantinə alınıb.

Milli.Az