Rusiyanın "Ufa" klubu azərbaycanlı futbolçusu Azər Əliyevlə yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Başqırdıstan təmsilçisinə 2018-ci ildə "Krılya Sovetov"dan keçən Əliyev bu mövsüm Əliyev Rusiya Premyer Liqasında 15 oyuna 1 qol vurub.
Milli.Az